Paytaxt klubunda yeni müqavilə

14:02 - 4 Yanvar 2022

"Atletiko"nun hücumçusu Anxel Korrea Madriddə qalacaq.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı futbolçu ilə yeni müqavilə imzalayıb.

Korrea yeni müqaviləyə əsasən 2026-cı ilə kimi "Atletiko"ya məxsus olacaq. Onun klubla müqaviləsi 2023/2024 mövsümünün sonunda başa çatırdı.

Argentina millisinin üzvü 2015-ci idlə "San Lorenzo"dan İspaniya klubuna keçmişdi. 

Xəbər xətti