"Mançester Yunayted"də ayın ən yaxşısı məlum oldu

15:14 - 4 Yanvar 2022

"Mançester Yunayted"də dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Sportal.az xəbər verir ki, qapıçı David de Xea ötən ayın ən yaxşısı seçilib.

İspan futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.

​De Xea ötən ay iştirak etdiyi 4 oyunda 3 qol buraxıb. 

Xəbər xətti