"Barselona"nın hücumçusu FErran Torres Xosep Qvardiola ilə münasibətindən danışıb.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun yeni transferi ispaniyalı mütəxəssis barədə bunları deyib:
"Qvardioladan çox şey öyrənmişəm. O, dünyanın ən yaxşı məşqçilərindən biridi. Xosep bir neçə rolda oynamağımı tələb edirdi. Onun sayəsində mərkəz hücumçusu kimi oynamağı da öyrəndim. "Mançester Siti" ilə işimizdən yaxşı xatirələrim qalıb".
