İkinci liqa klubunun kapitanı: "Real"a qalib gələ bilərik"

17:07 - 4 Yanvar 2022

“Alkoyano”nın kapitanı Xuli Serda İspaniya kubokunda “Real”a qarşılaşacaqları oyun barədə danışıb.

Sportal.az xəbər verir ki, ötən mövsüm ölkə kubokunda Madrid klubuna qalib gələn “Alkoyano” həmin nəticəni təkrarlamaq niyyətindədi. Aşağı liqa klubunun kapitanı məsələ haqda bu cür danışıb:

“Biz yenidən “Real”a qalib gələ bilərik. İstənilən halda hər 2 komanda eyni sayda futbolçu ilə meydana çıxacaq. Təəccüblənməyi yeri yoxdu. “Real” öz dərsini çıxarıb və onları hansı atmosferin gözlədiyini bilir. Hər halda “Real”a qarşı matç komanda və şəhər üçün əsl bayram olacaq”.

​“Alkoyano” hazırda İspaniya 2-ci liqasında çıxış edir.

 

Xəbər xətti