Belçika nəhəngi "Barselona"nın sabiq məşqçisinə tapşırıldı

22:00 - 4 Yanvar 2022

"Brügge"nin yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, komanda Alfred Şrederə tapşırılıb.

49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Şreder son olaraq “Barselona” klubunda keçmiş baş məşqçi Ronald Kumanın köməkçisi kimi çalışıb.

Belçika klubunun sabiq çalışdırıcısı "Monako"ya baş məşqçi təyin edilib.

Xəbər xətti