Niderlandın PSV klubunun yarımmüdafiəçisi Devi Pröpper karyerasını bitirib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu 30 yaşında futbolla vidalaşmaq qərarı verib. Bu barədə PSV-nin rəsmi saytı məlumat verib. Eindhoven təmsilçisinin mətbuat xidmətinə danışan Pröpper artıq futboldan zövq almadığını deyib:
"Futbol həvəsimi yavaş-yavaş itirdim. Həyatımın sıx futbol proqramı tərəfindən müəyyənləşdirilməsinə daha çox izn verə bilməzdim. Özümü bu həyatın içində artıq rahat hiss edə bilmədim".
Qeyd edək ki, Devi Pröpper karyerası ərzində "Vitess" və "Brayton" klublarında oynayıb. 30 yaşlı yarımmüdafiəçinin PSV ilə davam edən 1,5 illik müqaviləsi var idi. O, 17 dəfə Niderland milli komandasının da formasını geyinib.
saytlarin hazirlanmasi
