"İnter" təcrübəli qapıçıya yeni müqavilə təklif etdi

20:43 - 5 Yanvar 2022

Sloveniya millisinin qapıçısı Samir Handanoviç “İnter”lə yeni müqavilə üçün danışıqlar aparır.

Sportal.az xəbər verir ki, “nerazzura” sloveniyalı kiperə yeni müqavilə təklif edib.

Klub Handanoviçə yayda heyətinə qatacaqları Andre Onananın əvəzedicisi olacağı təqdirdə onunla müqavilə imzalayacağını bildirib.

Üstəlik, İtaliya klubu təcrübəli kiperin maaşını azaldacaq.

Hazırda illik 3,5 milyon avro maaş qazanan Handanoviç yeni müqaviləyə əsasən 1,5 – 2 milyon arası qazanacaq.

Xəbər xətti