“Sevilya” “Yuventus”un futbolçusu Deyan Kuluşevski üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, "qoca sinyora"nın heyətində oyun praktikasından əziyyət çəkən isveçli özü də qışda Turini tərk etmək istəyir.
“Arsenal” və “Tottenhem”in də maraq dairəsində olan Kuluşevskinin hansı kluba keçəcəyi hələ ki, dəqiq deyil.
Amma futbolçu menecerinə Əndəlusiya təmsilçisi ilə də danışığa davam etməsini xahiş edib.
Şimali Makedoniyadan olan 21 yaşlı futbolçu “Atalanta”, “Parma” klublarında da çıxış edib. O, 2019-cu ildən İsveçin əsas millisində oynayır.
