"Barselona"da ən qoca futbolçu oldu

10:57 - 6 Yanvar 2022

"Barselona"nın futbolçusu Dani Alves yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, o, buna İspaniya kubokunun 1/16 finalında "Linares"lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. 38 yaş 244 gün olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.

Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, "Barselona"nın heyətində son matçını 38 yaş 190 gündə keçirib.

Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun "Barselona" ilə hazırkı  müqaviləsi bu mövsümün sonuna kimidir.

Xəbər xətti