Bu klub karantinə alındı

11:11 - 6 Yanvar 2022

"Udineze" klubu tam tərkibdə karantinə alınıb.

Sportal.az xəbər verir ki, buna komandada koronavirusa yoluxma hallarının artması səbəb olub.

Kollektiv yerli səhiyyə orqanının qərarı ilə yanvarın 5-dən 9-dək təcrid olunub. Bu üzdən "Udineze"nin "Fiorentina" və "Atalanta"yla keçirəcəyi A Seriyası oyunları baş tutmayacaq.

Klub görüşlərin təxirə salınması xahişi ilə A Seriyasının rəhbərliyinə müraciət etsə də, bunun mümkün olmadığı bildirilib. Bu halda komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir.

İndiyədək "Udineze"də 9 futbolçunun COVID-19 testi müsbət çıxıb.

Xəbər xətti