Fransa klubunun üzvünün "Neftçi"də qalmamaq səbəbi: "Xarici ölkədə tək idim və üzüm gülmürdü"

11:40 - 6 Yanvar 2022

“Şatoru”nun yeni transferi Romen Bask “Neftçi”dən gedişinin səbəblərini açıqlayıb. 

Sportal.az xəbər verir ki, Fransa mətbuatına danışan fransız Azərbaycandan ayrılması ilə bağlı bunları deyib: "Mən şanslıyam, çünki qızım dünyaya gəldi. Lakin onunla yalnız telefonla görüşürdüm". 

“La Nouvelle République” nəşrinə danışan fransalını ötən yay köçdüyü Azərbaycanda qalmamağa sövq edən məhz qızının dünyaya gəlməsi olub: 

“Mən çox istəyirdim ki, legioner həyatı yaşayım. “Neftçi” ilə gözəl anlar oldu. Böyük matçları əla atmosferdə keçirdim. “Neftçi”dən ayrılmaq səbəbim, işlərin pis getməsilə bağlı deyil. Sadəcə xaricdə tək idim və bu mənim üzümü güldürmürdü".

Xəbər xətti