Qaret Beyl sabiq komandasına dəyişir

12:53 - 6 Yanvar 2022

"Sauthempton" Qaret Beyli geri qaytarmaq istəyir.

Sportal.az xəbər verir ki, "Real"da oyun praktikasından əziyyət çəkən uelsli özü də komandadan ayrılmaq niyyətindədi.

"Tottenhem"in də geri qaytarmaq istədiyi futbolçu "Sauthempton"la danışıqlara başlayıb.

İyunda "Real"la müqaviləsi başa çatacaq Beyl qışda İngiltərəyə qayıtmaq istəyir.

32 yaşlı futbolçu 2006-2007-ci illərdə "Sauthempton"da çıxış edib.

Xəbər xətti