"Real" aşağı liqa təmsilçisinə güzəştə getmədi - VİDEO

13:26 - 6 Yanvar 2022

İspaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Primeronun lideri “Real” “Alkoyano” səfərindən qələbə ilə qayıdıb. 

Madrid klubu ötən mövsüm məhz bu rəqibinə uduzaraq kubokdakı çıxışını dayandırmışdı.

​Bu dəfə isə "kral klubu" rəqibinə güzəştə getməyib. 

“Alkoyano” – “Real”(Madrid) 1:3
Qollar:
Veqa 66 – Eder Militao 39, Marko Asensio 76, Xose Xuan 78 (avtoqol)

Xəbər xətti