"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa bu gün kollektivə təqdim olunub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, daha sonra isə klubun prezidenti Riad Rəfiyev mütəxəssisi klubun bazası və meydançaları ilə tanış edib.
Bu gün saat 14:00-da “Kapital Bank Arena”da Aleksey Baqanın mətbuat konfransı keçiriləcək.







