"Torino" bütün kollektivlə birlikdə karantinə alınıb.
Sportal.az xəbər verir ki, Turin klubunda kütləvi yoluxmalar olub.
Hətta "Torino" bu gün A seriyasının 20-ci turunun "Atalanta"ya qarşı keçiriləcək matçına çıxmayacaq.
Belə ki, oyun təxirə salınıb və böyük ehtimalla turinlilərə texniki məğlubiyyət veriləcək.
"Torino"dan əvvəl "Udineze" də tam tərkibdə karantinə alınmışdı.
