"Yuventus"un futbolçusu "Nyukasl"a keçə bilər

14:21 - 6 Yanvar 2022

“Yuventus”un yarımmüdafiəçisi, Uels millisinin üzvü Aaron Remzi İngiltərəyə qayıda bilər.

Sportal.az xəbər verir ki, “Arsenal”ın sabiq futbolçusu “Nyukasl”ın maraq dairəsindədi.

“Sağsağanlar” 31 yaşlı futbolçunu ən azından icarəyə götürmək üçün hərəkətə keçib. 

"Kardiff" yetirməsi olan 31 yaşlı futbolçu 2008-2019-cu illərdə "Arsenal"da çıxış edib.

2010-2011-ci illərdə isə "Nottingem Forest"in formasını geyinib.

 

Xəbər xətti