"Barselona" İspaniya kubokunda növbəti mərhələyə yüksəldi - VİDEO

15:23 - 6 Yanvar 2022

İspaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Barselona” səfərdə aşağı liqa təmsilçisi olan “Linares Deportivo” ilə qarşılaşıb. Kataloniya təmsilçisi matçın gedişində məğlub durumda olsa da, 2-ci yarıda vurduğu qollarla 1/16 final mərhələsinə vəsiqə qazanıb.

“Linares Deportivo” – “Barselona” 1:2
Qollar:
Huqo Diaz 12 – Dembele 63, Ferran Yuqla 69

 

 

Xəbər xətti