"Nyukasl" İngiltərə millisinin üzvünü transfer etdi

12:27 - 7 Yanvar 2022

İngiltərənin "Nyukasl" klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Atletiko"nun sağ cinah müdafiəçisi Kiran Trippyeri heyətinə cəlb edib. "Sağsağanlar" İngiltərə millisiniun üzvü ilə 2,5 illik müqavilə imzalayıb. "Nyukasl" bu keçid üçün Madrid klubuna 12 milyon funt sterlinq təzminat ödəyəcək.

 

Qeyd edək ki, Kiran Trippyer "Atletiko"ya 2019-cu ilin yayında transfer olmuşdu. 31 yaşlı müdafiəçi cari mövsümdə La Liqa təmsilçisinin heyətində 18 matçda meydana çıxıb.

Xəbər xətti