Koutinyo Premyer Liqa klubuna keçdi - RƏSMİ

13:51 - 7 Yanvar 2022

"Barselona"nın yarımmüdafiəçisi Filipe Koutinyonun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 29 yaşlı futbolçu "Aston Villa"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Koutinyo mövsümün sonunadək icarə əsasında "Aston Villa"da çıxış edəcək.

 

Qeyd edək ki, "Barselona" Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 140 milyon avro qarşılığında transfer edib. Təcrübəli oyunçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 2 qol vurub.

Xəbər xətti