Dünya çempionatına vəsiqə qazanmasalar karyerasını başa vuracaq

17:32 - 7 Yanvar 2022

“Real”ın futbolçusu, Uels millisinin kapitanı Qaret Beylin karyerasını başa vura bilər.

Sportal.az xəbər verir ki, “The Athletic” nəşrinin iddiasına görə, mövsüm sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq Beyl aktiv futbolçu karyerasını yekunlaşdıracaq.

​Uels millisi Dünya çempionatına vəsiqə qazanacağı təqdirdə o, karyerasına davam edəcək. Əks halda, o, “Tottenhem” və “Sauthempton”un da təkliflərini geri çevirərək, karyerasını sonlandıracaq.

Xəbər xətti