"Kocaelispor"un sabiq futbolçusu Bakı klubunda çalışacaq

19:27 - 7 Yanvar 2022

Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynov özünə yeni iş yeri tapıb.

Sportal.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ”da çıxış etmiş veteran futbolçusu “Səbail”də çalışacaq.

O, paytaxt klubunun aşağı yaş qruplarında seleksiyaçı kimi işləyəcək.

Hüseynov Türkiyədə "Kocaelispor", "Arhavinspor" klublarında da oynayıb.

 

Xəbər xətti