“Səbail”də hər şey məni razı salır. Ona görə də klubdna ayrılmağın mənası yoxdu. Yalnız bu komandadakı işimə köklənmişəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Domantas Şimkus deyib.
Azərbaycana İsrailin “Hapoel Kfar-Saba” klubundan gəlmiş Litva millisinin futbolçusu bu 2 ölkənin çempionatlarını müqayisə edib.
Şimkus bundan əlavə “Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa ilə “Jalqris”dəki işbirliyindən söz açıb:
“Azərbaycan və İsrail çempionatları hardasa oxşardı. Hər iki ölkədə də futbol yaxşı səviyyədədi. Sadəcə İsraildə klubların say çoxdu.
Aleksey Baqa ilə “Jalqris”də işləmişik. Onunla çox danışmışıq və çox yaxşı çempion mövsümü keçirmişik. Baqa haqda yalnız xoş sözlər deyə bilərəm. Ona yeni komandasında uğurlar arzulayıram”.
