"Neftçi"nin kapitanı yeni transferlər haqda: "Əfsanələr" - FOTO

20:37 - 7 Yanvar 2022

"Neftçi"nin kapitanı Emin Mahmudov sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın aparıcı üzvü şəxsi instaqram hesabında yeni transferlər – Azər Salahlı və Eddi İsrafilovla birlikdə çəkdirdiyi fotosunu izləyicilərilə bölüşüb.

O, fotosunu bu sözləri yazaraq paylaşım edib: “Əfsanələr və Eddy”.

Xatırladaq ki, “Neftçi” qışda Azər Salahlı və Eddi İsrafilovu heyətinə qatıb. 

 

Xəbər xətti