İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyanın "Ayntraxt" klubundan yarımmüdafiəçi Fabio Blankonu rənglərinə bağlayıb. 17 yaşlı vingerlə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Gənc oyunçunun sərbəstqalma məbləği 100 milyon avro təyin olunub.
İspaniyalı futbolçu "Barselona"nın B komandasında çıxış edəcək.
Qeyd edək ki, Fabio Blanko cari mövsümdə "Ayntraxt"ın U-19 komandasının heytində meydana çıxdığı 8 oyunda 2 qol və 1 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
