"Napoli"nin hücumçusu Lorenso İnsinye karyerasını MLS-də davam etdirəcək.
Sportal.az xəbər verir ki, 30 yaşlı forvard "Toronto" klubu ilə müqavilə imzalayıb. Bu barədə Kanada təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliya millisinin üzvü yeni klubuna yayda qoşulacaq.
Təcrübəli futbolçu "Toronto"da illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, Lorenso İnsinye cari mövsümdə "Napoli"nin heyətində meydana çıxdığı 19 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
