"Roma" "Arsenal"ın futbolçusunu transfer etdi

19:59 - 8 Yanvar 2022

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Ensli Maytlend-Nilesi rənglərinə bağlayıb. İngiltərə millisinin üzvü mövsümün sonunadək icarə əsasında paytaxt klubunda çıxış edəcək.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Arsenal"ın heyətində meydana çıxdığı 11 oyun 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti