"Qarabağ"ın rəqibindən 12 milyonluq transfer

10:22 - 9 Yanvar 2022

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi “Marsel” icarə əsasında komandada çıxış edən Pau Lopesin transfer hüquqlarına yiyələnib. 

Sportal.az xəbər verir ki, Fransa klubu ispan qolkiperlə 2026-cı ilə kimi müqavilə imzalayıb.

"Marsel" qolkiperi 2021-ci ilin yayında “Roma”dan icarəyə götürmüşdü.

"Qarabağ"ın rəqiib 27 yaşlı qapıçının birdəfəlik transferi üçün İtaliya klubuna 12 milyon avro ödəyib.

Xəbər xətti