Renat Dadaşov assist etdi - VİDEO

11:37 - 9 Yanvar 2022

Millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi "Tondela" Portuqaliya çempionatında 17-ci tur oyununa çıxıb

Sportal.az xəbər verir ki, "Tondela" "Boavişta"nın qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Start heyətində meydana çıxan Renat 90 dəqiqə oynayıb.

O, 71-ci dəqiqədə assistlə yadda qalıb. 

“Tondela” 17 turdan sonra 16 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti