Azərbaycan milli komandasının və "Neftçi"nin futbolçusu Mert Çelik karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportal.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müqavilə ilə "Başakşəhir"ə məxsus olan 21 yaşlı stoper "Fatih Karagümrük" və "Qaziantep" klublarının maraq dairəsindədi.
"Qalatasaray" və "Fənərbaxça" da Çelik üçün "Başakşəhir"lə danışıqlara başlayıb. "Transfermarkt"da transfer dəyəri 350 min avro kimi dəyərləndirilən müdafiəçinin 4 klubdan hansına keçəcəyi yayda dəqiqləşəcək.
