Adı “Barselona” ilə hallanan Bruno Fernandeş jurnalistin ona Kataloniya klubuna keçib-keçməyəcəyilə bağlı verdiyi suala yumorla cavablayıb.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu "Barselona"nın onunla maraqlanması haqda yayılan xəbərlər haqda bunları deyib:
“Düşünürdüm ki, yeni il bir neçə gün əvvəl başlayıb. Sən demə, artıq aprelin 1-di.
Yoxsa, yenə də jurnalistlər yaxşı işləyə bilmir?".
27 yaşlı futbolçu karyerası ərzində “Novar”, “Udineze”, “Sampdoriya”, “Sportinq”də oynadıqdan sonra 2020-ci ildə “Mançester Yunayted”ə keçmişdi.
saytlarin hazirlanmasi
