"Mançester Yunayted"in futbolçusu "Milan"a keçə bilər

14:44 - 9 Yanvar 2022

“Mançester Yunayted”in müdafiəçisi Erik Beyi “Milan”ın maraq dairəsindədi. 

Sportal.az xəbər verir ki, “rossonyerlər” 27 yaşlı futbolçunu uzun müddətədə sıradan çıxan Simon Kyaerin əvəzinə heyətinə qatmaq niyyətindədi.

“Milan” afrikalını mövsüm sonuna kimi icarəyə götürmək istəyir. 

​“Espanyol”, “Vilyareal”da da oynamış müdafiçi 2016-cı ildən “Mançester Yunayted”də çıxış edir.

 

Xəbər xətti