Ölkə çempionatının oyunlarında qadağa

17:44 - 9 Yanvar 2022

İtaliya A Seriyasında son zamanlar ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq olunub.

Sportal.az xəbər verir ki, qəbul edilən qərara əsasən, yanvarın sonuna qədər çempionat matçlarına 5 min azarkeş buraxılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

​İtaliya A Seriyasında bu gün 21-ci turun matçları keçiriləcək. Yeni məhdudiyyətlər 22-ci turdan etibarən tətbiq olunacaq.

Xəbər xətti