Qurban Qurbanov: "Ölkə başçısı ilə görüş bizi daha məsuliyyətli etməyə şərait yaratdı" - VİDEO

21:32 - 9 Yanvar 2022

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Sportal.az xəbər verir ki, tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub.

Təcrübəli mütəxəssis ölkə Prezidenti İlham Əliyevin «Qarabağ»ın kollektivi ilə son görüşündən danışıb.

O, dövlət başçısının idmanın bütün sahələrinə olduğu kimi, futbola da böyük diqqət və qayğı ilə yanaşdığını, «Qarabağ»ı artıq 3-cü dəfə qəbul etdiyini bildirib.

Qurbanov qeyd edib ki, belə görüşlərdən sonra onların məsuliyyət və həvəsi daha da artır. Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

Xəbər xətti