"Ayaks"ın müdafiəçisi Lisandro Martinez "Barselona"ya keçə bilər.
Sportal.az xəbər verir ki, Kataloniya klubu 2019-cu ildən "Ayaks"da çıxış edən futbolçunu yayda heyətinə qatmaq istəyir.
Amma baş məşqçi Xavi argentinalının tez bir zamanda transfer edilməsini istəyir.
23 yaşlı futbolçu “Ayaks”a qədər “Nyuel Old Boys”, “Defensa Xustisiya” klublarında oynayıb. O, 2019-cu ildən Argentina millisində çıxış edir.
