Kolumbiyalı forvard öz klubunda qalacaq

22:34 - 9 Yanvar 2022

İspaniyanın “Rayo Valyekano” klubu hücumçusu Radamel Falkao ilə müqaviləni uzadacaq.

Sportal.az xəbər verir ki, Primero klubu 35 yaşlı futbolçu ilə razılıq əldə edib.

Falkao “Rayo Valyekano” ilə 2023-cü ilin yayına qədər sözləşmə imzalayacaq.

Kolumbiyalı hücumçu bu mövsüm La Liqada 11 oyunda 5 qol vurub.

Xəbər xətti