"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis vəzifəsindən istefa verib.
Klub prezidenti Burak Elmasla görüşən Terim istefa ərizəsini ona təqdim edib.
Rəhbərlik də Terimin istefasını qəbul edib və onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.
