Fransalı "Barselona"da qaldı

16:58 - 10 Yanvar 2022

“Barselona”dan uzun müddətdir ki, ayrılacağı ehtimal olunan Samuel Umtiti komandada qalacaq.

Sportal.az xəbər verir ki, Kataloniya klubu fransalı futbolçu ilə müqaviləni uzadıb.

Belə ki, yeni müqaviləyə əsasən Umtiti 2026-cı ilə qədər “Barselona”da çıxış edəcək.

28 yaşlı futbolçu 2016-cı ildə “Lion”dan “Barselona”ya keçib.

 

Xəbər xətti