"Neftçi"nin U-11 komandasının baş məşqçisi Emin Salmanovun işdən çıxarılıb.
Sportal.az xəbər verir ki, fanat.az saytına açıqlama verən 51 yaşlı mütəxəssis klubunun bu qərarının özünə də müəmmalı qaldığını dedi:
"Açığı, belə qərar qəbul etmələri mənim özümə də qaranlıq qaldı. Səbəbini hər halda özləri bilir. Mənə sadəcə olaraq zəng gəldi ki, işdən azadsan. Məsələ belədir. Buna səbəb komandanın göstərdiyi nəticə də ola bilməz. Uşaq futbolunda nə nəticə? Amma yenə də bilmirəm, bəlkə də göstərilən nəticəyə görə belə qərara gəliblər".
Salmanov qərarın onun üçün gözlənilməz olduğunu da qeyd etdi: "Mən uzun müddətdir "Neftçi"də çalışıram. Belə bir addımın atılması mənim üçün gözlənilməz oldu. Amma nə etmək olar?! Klub rəhbərliyi var və bu, onların qərarıdır. Mən isə elə insanam ki, bərpa olmaq üçün kiməsə xahiş-minnət etmərəm".
Emin Salmanov gələcək planları barədə "Hələ ki, heç bir planım yoxdur, işsiz oturmuşam. Heç bir təklif də yoxdur. Qışda adətən təkliflər olmur", - deyə bildirdi.
