Yaponiya milli komandasının sabiq futbolçusu Şindzi Kaqavanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Belçikanın “Sent-Trüden” klubuna keçib.
Kaqava ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş”da çıxış edən Kaqava son olaraq Yunanıstanın PAOK klubunun uğurları üçün çalışıb.
