İsgəndərli oynamadı, komandası qazandı

11:08 - 11 Yanvar 2022

Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" "Altınordu"nun qonağı olub.

İsgəndərlinin komandası bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Vüsal vərəqə cəzalısı olduğuna görə bu oyunu buraxıb.

Qeyd edək ki, “Keçiörengücü” 20 turdan sonra 22 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti