"Qalatasaray" və Türkiyə millisinin sabiq üzvü vəfat etdi - FOTO

12:39 - 11 Yanvar 2022

"Konyaspor"un futbolçusu Ahmet Çalık vəfat edib.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi avtomobil qəzasında ölüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

2020-ci ildən “Konyaspor”da çıxış edən Ahmet 2017-2020-ci illərdə “Qalatasaray”ın uğurları üçün çalışıb. Mərhum müdafiəçi Türkiyə yığmasında 8 oyun keçirmişdi.

Xəbər xətti