"Volfsburq" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Lex"dən(Poznan) Yakub Kaminskini transfer edib.
19 yaşlı yarımmüdafiəçi müqaviləyə əsasən 2027-ci ilə qədər "Volfsburq"a məxsus olacaq.
Amma Polşa millisinin üzvü yalnız yayda “Volfsburq”a qoşulacaq.
