Yığmamızın sabiq futbolçusu "Sumqayıt"dan ayrılığı barədə: "Rəhbərliyin qərarı belə oldu, mən də razılaşdım"

14:56 - 11 Yanvar 2022

"Bəli, “Sumqayıt”dan ayrılıb “Kəpəz”ə keçdim. Belə alındı. “Sumqayıt”dan ayrılmağın səbəbi? Rəhbərliyin qərarı belə oldu, mən də razılaşdım. Bundan sonra zaman göstərəcək. Ümid edirəm ki, hər şay yaxşı olacaq”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Roman Hüseynov deyib. 

“Qəbələ”nin yetirməsi olan və Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış yarımmüdafiəçi karyerasının 1-ci diviziona kimi düşməsi haqda da danışıb.

“Sumqayıt”dan ayrıldıqdan sonra “Kəpəz”ə keçən futbolçu bunları deyib: “Kəpəz” mənə doğma komandadı. 1-ci divizion olsun və yaxud da Premyer Liqa, mənim üçün fərqi yoxdu. Yenə də əlimdən gələni edəcəm. 

Futbolda belə şeylər olur. Səbəblər çox ola bilər. Ancaq olan artıq olub, irəliyə baxmaq lazımdı”.

Xəbər xətti