Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, o, karyerasını davam etdirəcəyini bildirib. Stadnik 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini qeyd edib.
Qeyd edək ki, Mariya Stadnik 2 dəfə dünya, 8 dəfə Avropa çempionu olub. Təcrübəli idmançı Olimpiya Oyunlarında isə 2 gümüş, 2 bürünc medal qazanıb.
saytlarin hazirlanmasi
