İspaniyanın "Kadis" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi bu posta Serxio Qonsalesi gətirib. Məlumatı klubun rəsmi saytı yayıb. 45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Serxio Qonsales "Kadis"in baş məşqçisi postunda dünən istefaya göndərilən Alvaro Serveranı əvəz edib.
Komanda La Liqada 20 matçda topladığı 14 xalla 19-cu yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi
