"Yuventus" niderlandlını istəyir

17:43 - 12 Yanvar 2022

“Yuventus” Federiko Kyezaya əvəzləyici axtarmağa başlayıb.

Sportal.az xəbər verir ki, “qoca sinyora”nın aparıcı üzvü zədələnərək mövsüm sonuna qədər sıradan çıxıb.

Turin təmsilçisi “Barselona”nın futbolçusu Memfis Depayı ən azından mövsüm sonuna kimi heyətinə qatmağa çalışacaq.

Danışıqlar davam edir və niderlandlı futbolçunun İtaliyaya yollanmaq istəyində olduğu bildirilir.

Xəbər xətti