"Barselona" yeni forvardını sifariş etdi

19:14 - 12 Yanvar 2022

“Barselona” yeni transferi Ferran Torresi sifariş verib.

Sportal.az xəbər verir ki, Kataloniya klubu bunu Filipe Koutinyo ilə yollarını ayırdıqdan və Samuel Umtitinin borcunu ödədikdən sonra ispaniyalı hücumçunu sifariş verə bilib.

​21 yaşlı hücumçu özünə “Barsa”da yeni futbolka nömrəsini də seçib. Belə ki, Torres Kataloniya klubunda Serxio Aquerinin mövsümün əvvəlində seçdiyi 19 nömrəli futbolkanı geyinəcək.

Xəbər xətti