Albaniyanın “Teuta” klubunun serbiyalı futbolçusu Filip İvanoviç Sportal.az saytına açıqlama verib.
3 ilə yaxın “Sabah”da çıxış etmiş serbiyalı oyunçu uzun illər çıxış etdiyi Masarız klubu da izlədi bildirib: “Sabah” həmişə hədəfləri olan komandadı. Komanda mövsüm sonunda Avropaya yollana biləcək nəticələr qazanıb. Komandanın keyfiyyətli baş məşqçisi və yaxşı kollektivi var”.
Serbiyalı futbolçu hazırda çıxış etdiyi “Teuta”dakı çıxışı barədə danışıb. O, Albaniya və Azərbaycan çempionatları barədə bunları deyib: “Həm Azərbaycan, həm də Albaniya çempionatları da tələbkardı. Albaniya çempionatında daha çox klub var. Buna görə də çempionatda daha çox çətinlik var. Çempionluq uğrunda 4-5 komanda mübarizə aparır. Azərbaycanda isə yalnız “Qarabağ” və “Neftçi” çempionluq mübarizəsi aparır”.
“Doğrudu, Kevin Kubemba ilə “Sabah”da komanda yoldaşıyıq, indi də “Teuta”da birlikdə oynayırıq. Hər şey normaldı, şadam ki, birlikdə oynayırıq”.
