Millinin qapıçısı dopinqə ilişdi :Turnirdən kənarlaşdırıldı

20:13 - 12 Yanvar 2022

Fil Dişi Sahili millisinin qapıçısı Silven Qbouo dopinq testinin müsbət nəticə verdiyi üçün yarışdan müvəqqəti kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, qapıçıya apelyasiya şikayəti verməsi üçün əlavə 20 gün vaxt verilib.

Buna görə də qapıçı Afrika kuboku oyunlarından uzaqlaşdırılıb.

Millinin baş məşqçisi Patris Bomel mətbuata açıqlamasında məsələ haqda bu cür danışıb: "Dopinq testinin müsbət çıxması haqda dekabrın 27-də məlumatlandıq. Dərhal apelyasiyaya müraciət etdik.

Dərhal apellyasiya şikayəti verdik. İlin əvvəlində müayinədən sonra Silvaya martda qəbul etdiyi dərmanlar yazılıb. Bu dərmanın izləri dopinq-testdə aşkarlanıb. Federasiya reseptin yazıldığı sənədləri FİFA-ya verib".

Xəbər xətti