"Bavariya"da yeni müqavilə

22:55 - 12 Yanvar 2022

"Bavariya" yarımmüdafiəçisi Kinqsli Komanla müqavilənin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. Fransalı oyunçunun əvvəlki müqaviləsinin müddəti 2023-cü ildə başa çatmalı idi.

Kinqsli Koman 2015-ci ildən “Bavariya”də çıxış edir.

Xəbər xətti